BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Putinə təklif etdiyi planın detalları məlum olub.
Teleqraf xəbər verir ki, Tramp ilk növbədə regionda atəşkəsin bərqərar olunmasını tələb edir.
ABŞ Prezidenti atəşkəs müqabilində Rusiyaya tətbiq edilən embarqoların ləğv ediləcəyini vəd edir.
Rusiyanın ilhaq etdiyi Ukrayna ərazisilərinin statusunun müəyyənləşməsi üçün isə ABŞ adminstrasiyası 99 illik müddət qoyulmasını təklif edir.
Təkliflər paketində Rusiyanın rus dili, Ukraynanın neytrallığı, Kiyevə hərbi yardımın kəsilməsi ilə bağlı tələblərə yer verilməyib.
Rusiyanın ABŞ-ın təklif etdiyi plana müsbət yanaşdığı bildirilir.