BAKI, 6 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin iki kəndini Rusiya işğalından azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezident bu barədə ötən il Rusiyanın Kursk vilayətinin ərazisinə ilk daxil olan Ukrayna ordusunun bölmələrinin hərbçiləri ilə görüşündə bildirib:
“Komandirlərlə danışdım. Sumı vilayətində Andriyevka və Kindrativkanın azad edilməsi, Rusiyanın əks-hücum cəhdləri, Ukrayna torpaqlarını azad etmək üçün növbəti addımlarımız haqqında məlumatlar var”.