BAKI, 6 iyun. TELEQRAF
Rusiya artıq Ukraynaya qarşı yay hücumuna başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, 125 minə yaxın rus əsgəri Sumı və Xarkov sərhədləri boyunca cəmləşib və son 10 gündə 4 sərhəd kəndi Rusiyanın təzyiqinə məruz qalıb.
Bununla belə, Britaniya nəşri hesab edir ki, Sumı və Xarkov bu hücumda əsas hədəf olmayacaq:
“Rusiyanın bu cəbhələrdə böyük şəhərlərə qarşı ciddi hücumlar təşkil etmək üçün kifayət qədər qüvvəsi yoxdur. Bu əməliyyatlar Ukrayna qüvvələrini Rusiyanın əsas hədəfi olan Donetskdən yayındırmaq məqsədi daşıya bilər”.