BAKI, 22 aprel. TELEQRAF

Rusiya ordusu yenidən Xarkov vilayətinə hücuma başlayıb. Düşmən zəif yerlər tapıb Ukraynanın müdafiəsini yarmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov regional administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

“Artıq hücum başlayıb. Düşmən prioritetləri seçmək və Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləmək üçün daim özü üçün yeni istiqamətləri sınayır”, - o bildirib.

Sinequbov vurğulayıb ki, Rusiyanın bütün səyləri Ukrayna Silahlı Qüvvələri tərəfindən hesablanıb və bu cəhdlərin qarşısı alınır:

“Düşmən Xarkov vilayəti ərazilərində məhv edilir”.