BAKI, 21 aprel. TELEQRAF
Pasxa atəşkəsinin bitməsindən sonra gecə saatlarında Rusiya Hərbi Hava Qüvvələri Ukirayna ərazisinə 3 raket və 96 PUA ilə Ukraynaya hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Rusiya Krımdan “Oniks” gəmi əleyhinə qanadlı raketlə Xersona, Qara dəniz üzərindən isə Nikolayev vilayətinə 2 ədəd X-31P antiradar raketi ilə zərbələr endirib. Ruslar Ukraynaya 96 hücum PUA-sı ilə hücum ediblər.
Rusiyanın hava hücumu Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri tərəfindən dəf edilib.
Məlumata görə, ölkənin şərqi, şimalı, cənubu və mərkəzində 89 PUA zərərsizləşdirilib.
Ukraynanın Xarkov, Dnepropetrovsk və Çerkassı vilayətləri hücuma məruz qalıb.