
BAKI, 15 aprel. TELEQRAF
Rusiya-Ukrayna sülh sazişi beş bölgə (Zaporojye, Xerson, Luqansk, Donetsk və Xarkov) ilə bağlı tənzimlənməni əhatə edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Amerika rəsmisi tərəflər arasında mümkün danışıqları “məcburi” adlandırıb və əlavə edib ki, Rusiyaya son səfərində Ukraynada müharibəyə son qoya biləcək və biznesə imkan yaradacaq addımlar müzakirə olunub.
Uitkoffun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin daimi sülhdə maraqlıdır.
“Ümumi razılaşmanın açarı beş bölgə ətrafında fırlanır. Sülh sazişi bu beş bölgə ilə bağlıdır. Düşünürəm ki, biz bütövlükdə dünya üçün çox vacib olacaq bir şeyin astanasında ola bilərik”, - xüsusi nümayəndə vurğulayıb.
Xatırladaq ki, Ukraynanın adları çəkilən beş vilayəti 2022-ci ilin sentyabrında Rusiya tərəfindən “yeni regionlar” adı altında ilhaq edilib. Ukrayna bunu tanımır.