BAKI, 21 mart. TELEQRAF

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin edilsə, bələdiyyə binasından çıxmayacağıq.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl deyib.

“İstanbul bələdiyyəsinə qəyyum təyin olunsa, bələdiyyə binasından çıxmayacağıq. Demokratiyaya bu ağır müdaxiləyə ən sərt demokratik reaksiyanı göstərəcəyik”, - partiya rəhbəri bildirib.