BAKI, 21 mart. TELEQRAF

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və bu qurumun 100-dən çox əməkdaşının saxlanılmasından sonra Cümhuriyyət Xalq Partiyasından (CHP) vətəndaşlara küçə aksiyalarına çağırışlara cavab verib.

Teleqraf xəbər verir ki, o, bu cür çağırışları edənləri ehtiyatlı olmağa çağırıb.

“Toplaşmaq və nümayiş keçirmək hüququ əsas hüquqdur. Bununla belə, istintaq davam edərkən küçə aksiyalarına çağırışlar qanunsuz və qəbuledilməzdir. Ədliyyə orqanlarının apardığı istintaqda irəli sürülən ittihamlara cavab veriləcək yer küçələr deyil. Bu proses zamanı hər kəs sağlam düşüncədən istifadə etməlidir. Xüsusən məsul vəzifələrdə olanlar öz açıqlamalarında daha diqqətli və ehtiyatlı olmalıdırlar ki, təxribat xarakterli açıqlamalar verməklə, istintaqı hədələməklə faktları dəyişmək mümkün deyil.

İstintaq başa çatdıqdan sonra dosyenin məzmunu, iddialar, müdafiə və sübutlar şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq, maddi faktlar iddia və müdafiələri ilə birlikdə aydın formada ortaya qoyulacaq”, - nazir bildirib.