BAKI, 20 mart. TELEQRAF

Böyük Britaniya ABŞ-dən təhlükəsizlik zəmanəti almadan Ukraynaya sülhməramlı qüvvə göndərməyəcək.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard deyib.

Nazir əlavə edib ki, Baş nazir Kir Starmerin Ukrayna və Rusiya arasında potensial sülh sazişinə nəzarət üçün koalisiya yaratmaq təşəbbüsünün həyata keçirilməsi ABŞ-nin iştirakından asılıdır.