BAKI, 19 mart. TELEQRAF

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas martın 20-də Aİ liderlərinin Brüsseldə keçiriləcək görüşündə Ukraynaya iki milyon avro dəyərində iriçaplı silah-sursat verilməsi təklifi ilə çıxış edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

"5 milyard avro dəyərində hərbi sursatlar Ukraynaya 2025-ci ildə təhvil verilə bilər", - Aİ-nin baş diplomatı bildirib.