
BAKI, 16 mart. TELEQRAF
Belqradda kütləvi mitinqin bitməsinə az qalmış iştirakçılar arasında sıxıntı və çaxnaşma yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə "RT" kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb naməlum şəxslər tərəfindən aksiya zamanı "yalançı partlayıcılar"dan istifadə olub.
Hadisə şahidlərinin sözlərinə görə, hadisədən sonra etirazçılar parlament binasının yaxınlığındakı meydanı təcili tərk etməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan fotolarda ərazinin tez bir zamanda boşaldığı görünür.
Təşkilatçılar aksiyanın başa çatdığını elan ediblər.