BAKI, 15 mart. TELEQRAF

Serbiyanın paytaxtı Belqradın bütün mərkəzi küçələrində etiraz aksiyaları keçirilir.

Teleqraf xəbər verir ki, aksiya Sava çayı üzərindəki Brankov körpüsündən yürüşlə başlayıb.

Eyni zamanda Serbiya dövlət başçısı Aleksandr Vuçiçin tərəfdarları Prezident Administrasiyasının qarşısına toplaşaraq hökumətə öz dəstəklərini ifadə ediblər.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda nümayişçilərin sayı 31 min nəfərə çatıb .

Serbiyada bir neçə aydır ki, kütləvi etirazlar davam edir. Ölkədə etirazlar Novi Sad şəhərində dəmiryol vağzalında baş verən hadisədən sonra başlayıb. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub. Nəticədə onlarla insan yaralanıb.