BAKI, 8 mart. TELEQRAF

"Serbiyada tələbələr və müxalifət tərəfdarlarının etirazları radikal forma alır".

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Ölkəmizdə azadlıqsevər, müstəqil və suveren hakimiyyətin məhv edilməsinə külli miqdarda pul yatırmış xarici qüvvələrin arzusu ürəklərində qalacaq. Serbiyada rəngli inqilab baş verməyəcək”, - Serbiya prezidenti bildirib.