BAKI, 8 mart. TELEQRAF

Ukrayna və Fransa 200 milyon avro dəyərində olan birgə saziş çərçivəsində strateji infrastrukturun bərpası üzrə ilk 19 layihəni razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat yayıb.

Onun sözlərinə görə, Strateji İnvestisiya Şurasının iclasında tərəflər səhiyyə, enerji, nəqliyyat infrastrukturu və humanitar minatəmizləmə sahələrində təşəbbüsləri təsdiqləyiblər. Layihənin icra müddəti 5 aydan 16 aya qədər olacaq.

İqtisadiyyat naziri Yuliya Sviridenko qeyd edib kimi, maliyyə vəsaiti “Ukrayna Fondu” vasitəsilə yönəldiləcək. Ümumi məbləğin 60 milyon avrosu zədələnmiş obyektlərin bərpası da daxil olmaqla enerji sektorunun dəstəklənməsinə ayrılacaq.

Layihələr çərçivəsində vəsaitlərin 50%-ə qədəri Ukraynadan mallarının və xidmətlərinin alınmasına yönəldiləcək ki, bu da yerli müəssisələri gücləndirəcək.