BAKI, 9 noyabr. TELEQRAF

Ukraynada müharibənin nizamlanması üzrə danışıqlarda təhlükəsizlik zəmanətləri əsas müzakirə mövzularından biri olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişənin həlli istiqamətində aparılan danışıqlarda təhlükəsizlik zəmanətləri əsas məsələlərdən biri kimi nəzərdən keçiriləcək.

Rubio bununla bağlı əlavə təfərrüat açıqlamayıb.