BAKI, 9 noyabr. TELEQRAF

İstanbulun əsas rəmzlərindən biri olan tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqraf xəbər verir ki, proyeksiya 8 Noyabr – Zəfər Günü münasibətilə baş tutub.

Qeyd edək ki, şanlı Zəfərimizin ildönümü qardaş Türkiyədə böyük coşqu ilə qeyd edilib