BAKI, 9 noyabr. TELEQRAF

ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın baş direktoru Censen Huanq casusluqda ittiham olunan qadınla münasibətlərinə görə başladılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Nvidia”nın mətbuat xidmətinin rəhbəri Con Ritssonun sözlərinə görə, yaranmış qalmaqal şirkətin fəaliyyətinə və inkişafına təsir göstərməyəcək.

“Bugünkü xəbərlər ‘Nvidia’nın inkişafını ləngitməyəcək. Censen şirkətə baş direktor kimi rəhbərlik etməyə davam etməkdə qətiyyətlidir”, – o bildirib.

Bundan əvvəl “Nvidia”nın Direktorlar Şurası Huanqın casusluqda ittiham olunan qadınla şəxsi münasibətləri səbəbindən onun barəsində daxili araşdırmaya başlanıldığını açıqlayıb.

Huanq isə elektron məktubunda həmin qadınla romantik münasibətdə olduğunu etiraf edib və hərəkətlərinə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Araşdırmanın nəticələri barədə hələlik məlumat verilməyib.