
BAKI, 8 mart. TELEQRAF
Avropanın dörd peyk operatoru ABŞ-nin "Starlink" rabitə sistemi bağlanacağı təqdirdə Ukraynaya kömək variantlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, hazırda Lüksemburqun "SES", İspaniyanın "Hisdesat" və Britaniyanın "Inmarsat" kimi operatorları arasında qeyd olunan məsələ müzakirə edilir.
"Hazırda Ukraynada 40 000 terminal vasitəsilə fəaliyyət göstərən "Starlink"i əvəz etmək istəyən bu qədər şirkətin olmasına baxmayaraq, prosesi həyata keçirmək son dərəcə çətin olacaq", - qəzet bildirib.
"AnalysysMason" konsaltinq şirkətinin rəhbəri Luc Palerme-Serra qəzetə açıqlamasında alternativlərin olduğunu, lakin onların "Starlink" əvəz etmədiyini deyib.