BAKI, 25 iyun. TELEQRAF
Avropa İttifaqı Ukraynaya 3,2 milyard avro həcmində vəsait ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
"Avropa İttifaqı (Aİ) 2026-2027-ci illəri əhatə edən 90 milyard avro məbləğindəki yeni maliyyələşdirmə proqramı çərçivəsində Ukraynaya ilk tranş olaraq 3,2 milyard avro vəsait ayırıb",- o qeyd edib.