BAKI, 27 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, qarşılaşma Seneqal millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Afrika təmsilçisinin qollarını Habib Diarra, İsmaila Sarr, Pape Gueye və İliman Ndiaye vurublar. Pape Gueye dubla imza atıb.

İraq millisinin futbolçusu Rebin Sulaka 13-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu nəticədən sonra Seneqal I qrupunda ilk qələbəsini qazanıb. İraq isə qrup mərhələsini xalsız başa vurub.

00:54

***

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada beşinci qol vurulub. Seneqal yığmasının heyətində İliman Ndiaye fərqlənib.

***

00:39

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada dördüncü qol vurulub. Seneqal yığmasının heyətində Pape Gueye dubla imza atıb.

***

00:26

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada üçüncü qol vurulub. Seneqal yığmasının heyətində Pape Gueye fərqlənib.

***

00:24

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada ikinci qol vurulub. Seneqal yığmasının heyətində İsmaila Sarr fərqlənib.

00:12

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb.

***

23:57

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Seneqal yığması fasiləyə üstün yollanıb - 1:0.

***

23:15

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, İraq yığması meydanda 10 nəfər qalıb. Millinin heyətində Rebin Sulaka birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

***

23:05

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Seneqal 4-cü dəqiqədə hesabı açıb. Yığmanın heyətində Habib Diarra fərqlənib.

***

23:00

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matç öncəsi Seneqal 2 oyundan sonra xal qazana bilməyib və I qrupunda üçüncü pillədə qərarlaşıb. İraq da keçirdiyi 2 matçda xalsız qalıb və top fərqinə görə sonuncu sıradadır.

Qeyd edək ki, hər iki komanda qrup mərhələsində ilk xalını qazanmaq üçün meydana çıxıb.