BAKI, 26 iyun. TELEQRAF
“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəyi oyunların hakimləri bəlli olub.
Teleqraf xəbər verir ki, iyulun 8-də Sumqayıtda baş tutacaq “Zirə” – “Torpedo” matçını finlandiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Yani Hüytiya olacaq. Ona yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere kömək edəcək. Dördüncü hakim funksiyasını Peyman Simani yerinə yetirəcək.
İyulun 16-da səfərdə keçiriləcək cavab görüşü isə macarıstanlı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Mihali Kapray olacaq. Ona İstvan Albert və Bense Belitsa kömək edəcək. Dördüncü hakim Marsel Derdak olacaq.