BAKI, 25 iyun. TELEQRAF

“Bu yaxınlarda Volodimir Zelenskinin nümayəndələrinə Rusiya, Belarus və Ukrayna xalqlarının gec-tez birlikdə olacağını bildirmişəm”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib:

“Əminəm, bu yaxınlarda Zelenskinin nümayəndələrinə də xalqlarımızın birlikdə olacağını söylədim. Gec-tez birlikdə olacağıq, başqa cür ola da bilməz. Zaman keçəcək, başlarımızı bir yerə toplayıb münasibətlərimizi inkişaf etdirəcəyik. Bu məsələdə Belarusa etibar edə bilərsiniz.

Rusiya və Belarus ortaq vətəndir. Burada iki dövlətin yaranması bizim günahımız deyil. Amma bunlar dost, qardaş dövlətlərdir, düşünürəm ki, bu birliyi poza biləcək heç bir qüvvə yoxdur”.