BAKI, 24 iyun. TELEQRAF
Ukrayna ordusu Rusiya ərazisinə endirilən zərbələr nəticəsində Sankt-Peterburq yaxınlığında Baltik Donanmasına məxsus 60 000 tondan çox sursatı məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski bildirib ki, hərbi kəşfiyyat tərəfindən aparılan təhlillər Rusiyanın hərbi istehsal müəssisələrinin siyahısından zəruri hədəflərə çatıldığını da təsdiqləyib.
Ukrayna lideri əlavə edib ki, Müdafiə Qüvvələri Rusiya ordusunun ehtiyacları üçün radioelektronika və digər vacib komponentlər istehsal edən müəssisələrə uğurla zərbələr endirib.