BAKI, 26 iyun. TELEQRAF

“İndiki Rusiyanın müəyyən ərazisi müharibədən sonra da Ukrayna ilə həmsərhəd olaraq qalacaq. Buna görə də buna indidən hazırlaşmaq lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov deyib.

“Müxtəlif ssenarilər mümkündür. Ancaq istənilən halda, müəyyən ərazi həmişə bizimlə həmsərhəd olacaq. Böyük ehtimalla, bu həmişə belə olacaq. Buna hazırlaşmaq lazımdır”, - o, post-müharibə dövründə Rusiya-Ukrayna münasibətlərini şərh edərkən bildirib.

Budanovun sözlərinə görə, hazırda əsas vəzifə müharibəni dayandırmaqdır:

“Çünki indi tammiqyaslı, ənənəvi açıq müharibənin qızğın mərhələsindəyik. Belə bir vaxtda gələcək barədə danışmaq hələ tezdir”.

PA rəhbəri İkinci Dünya müharibəsini xatırladaraq qeyd edib ki, müharibənin ən qızğın dövründə SSRİ ilə Almaniya arasında iqtisadi əlaqələr olmayıb:

“Müharibənin qızğın fazasında gələcək münasibətlərin necə olacağı barədə danışmaq olmaz. Bu, düzgün deyil”.