BAKI, 26 iyun. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə keçirəcəyi oyunların hakimləri bəlli olub.
Teleqraf xəbər verir ki, Masazırda baş tutacaq ilk görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Patrik Qriskieviç olacaq.
Ona Marcin Boniek və Bartoz Kasunski kömək edəcək. Dördüncü hakim funksiyasını Voyçex Mus yerinə yetirəcək.
İyulun 7-də keçiriləcək “Sabah” – TNS oyunu saat 20:00-da başlayacaq.
Uelsdə baş tutacaq cavab görüşü isə İspaniyadan olan hakimlərə həvalə edilib. Matçın baş hakimi Mateu Buskets Ferrer olacaq. Ona İniqo Prieto və Qonzalo Qarsiya kömək edəcək. Dördüncü hakim Migel Anhel Ortiz olacaq.
İyulun 14-də Osvestridəki “Park Hall” stadionunda keçiriləcək TNS – “Sabah” görüşü Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.