BAKI, 25 iyun. TELEQRAF

“Ukrayna hazırda güclü mövqedədir və bu, Rusiyanı danışıqlar masasına oturmağa məcbur etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda deyib.

“Ukrayna və onun cəsur xalqı güclü və suveren dövlət və Avropa ailəsinin gələcək üzvü kimi qalib gələcək. Ukrayna yeni güc mövqeyindədir. Moskva da anlamağa başlayır: Rusiya bu müharibədə qalib gəlməyəcək. Bu gün biz Rusiyaya aydın siqnal göndəririk: danışıqlara başlamağın, cəbhə xəttini dondurmağın və qətlləri dayandırmağın vaxtıdır”, - o siyasətçi vurğulayıb.

Fridrix Merts Avropanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu və tərəfdaşların Rusiyanın onsuz da gərgin iqtisadiyyatına təzyiqi artırmaqda qərarlı olduqlarını qeyd edib.

Almaniya hökumətinin başçısı birgə səylər sayəsində nəzərəçarpacaq irəliləyişin olduğu və Avropanın Ukrayna qarşısında öhdəliklərini yerinə yetirdiyi dörd sahəyə diqqət çəkib: təhlükəsizlik, investisiyalar, islahatlar və insanlar.