BAKI, 25 iyun. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Kinburn burnu üzərində Ukrayna bayrağı qaldırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, güclü zərbələr nəticəsində Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarını tutduqları mövqelərdən geri çəkilməyə məcbur edib. Hazırda sağ qalan şəxsi heyətin təxliyəsi həyata keçirilir və Rusiya qüvvələri müdafiə xətlərini tərk edirlər.

Həmçinin qeyd edilib ki, Ukrayna ordusunun təchizat marşrutlarını kəsməyə yönəlmiş əməliyyatları Rusiya hərbçilərini Nikolayev vilayətində yerləşən Kinburn burnundan tələsik çıxmağa məcbur edib.

Kinburn Qara dəniz və Dnepr-Buq limanına nəzarət baxımından strateji əhəmiyyətə malik ərazidir.