BAKI, 26 iyun. TELEQRAF
İsrail və Livan Hizbullahı tərksilah etmək üçün pilot proqrama başlamaq barədə razılığa gəliblər və bu proqrama nəzarət daha sonra Livan ordusuna veriləcək.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, tərəflər İsrail ordusunun təklif etdiyi iki ərazi üzrə razılığa gəliblər. Onlardan biri "Sarı Xətt" adlanan ərazinin xaricində, Livanın cənubunda, İsrail sərhədinin şimalında, Litani çayının cənubunda təxminən 10 kilometr enində hərbi zonada yerləşir.
İkinci sahə "Sarı Xətt"in içərisində və Litani çayının şimalındadır.
Layihənin icrasının təfərrüatı və başlama tarixi hələlik açıqlanmır.