BAKI, 26 iyun. TELEQRAF

İran ordusu Hörmüz boğazında naviqasiyanın bərpası ilə bağlı Tehran və Vaşinqton arasında qaynar xəttin yaradılması barədə məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

"Əl-Cəzirə" nin verdiyi məlumata görə, SEPAH-ın bəyanatında deyilir: "Amerika rəsmilərinin Hörmüz boğazı ilə bağlı İranla birbaşa əlaqə xətti qurmaq iddiaları uydurmadır. Hörmüz boğazı İrana məxsusdur və ABŞ-nin bununla heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə xətti qurulmayıb və qurulmayacaq".