
BAKI, 7 mart. TELEQRAF
Serbiyada müxalifətin təşkil etdiyi kütləvi etiraz Belqradın mərkəzi küçəsinin bağlanmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" saytı məlumat verib.
Slaviya meydanından başlayan dinc yürüş Kralya Milana küçəsinə qədər davam edib.
Qeyd olunur ki, etirazçıların tətil çağırışlarına baxmayaraq, insanlar əvvəlkitək işə gedib-gəlirlər.