BAKI, 27 fevral. TELEQRAF

Türkiyə hökuməti münaqişə bitdikdən sonra Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasına açıqdır.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Məlumata görə, Ankara bu məsələ ilə bağlı müzakirə və məsləhətləşmələrə daxil edilmədən heç bir sülhməramlı missiyada iştirak etməyəcək.

Qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın əvvəlində Rusiya xarici işlər naziri Sergey Lavrov və Volodimir Zelenski ilə türk qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsi məsələsini müzakirə edib.