BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan məhsullara 25 faizlik gömrük vergisinin tezliklə açıqlanacağını bildirib.

Teleqraf-ın xəbərinə görə bu barədə “İndependent Türkçe” məlumat yayıb.

Trampın ilk kabinet müşavirəsində Avropa İttifaqına gömrük vergisinin qüvvədə olduğunu bildirib: “Bu barədə qərar vermişik, tezliklə bu qərarı elan edəcəyik. Gömrük vergisi 25 faiz həcmində olacaq. Avtomobillər də daxil olmaqla bir çox məhsula bu vergi tətbiq ediləcək. Çünki Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün qurulmuş bir təşkilatdır. Ancaq indi prezident mənəm”.