BAKI, 27 iyun. TELEQRAF

İspaniya millisi futbol üzrə dünya çempionatının H qrupunun son turunda Uruqvay yığmasına 1:0 hesabı ilə qalib gələrək pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Meksikanın Sapopan şəhərində keçirilən görüşdə yeganə qolu 42-ci dəqiqədə Aleks Baena vurub.

Qol epizodunda səhvə yol verən Uruqvay millisinin qapıçısı Fernando Muslera fasilədə Serxio Roçetlə əvəzlənib. Uruqvaylı hücumçu Aqustin Kanobbio isə əlavə vaxtın 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qrupun digər oyununda Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri qolsuz heç-heçə ediblər.

Beləliklə, İspaniya 7 xalla H qrupunun qalibi olub. Kabo-Verde 3 xalla ikinci yeri tutaraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Uruqvay və Səudiyyə Ərəbistanı isə hərəyə 2 xal toplasalar da, növbəti mərhələyə adlaya bilməyiblər.

1/16 finalda İspaniya J qrupunun ikincisi olacaq Avstriya və ya Əlcəzair millisi ilə qarşılaşacaq. Oyun iyulun 2-də ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçiriləcək.

***

04:55

2026-cı il dünya çempionatının qrup mərhələsində III tur çərçivəsində H qrupunda Uruqvay - İspaniya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi İspaniyanın 1-0 üstünlüyü ilə yekunlaşıb.

***

04:43

2026-cı il dünya çempionatının qrup mərhələsində III tur çərçivəsində H qrupunda Uruqvay - İspaniya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 42-ci dəqiqəsində İspaniya millisi hesabı açıb.

***

04:00

2026-cı il dünya çempionatının qrup mərhələsində III tur çərçivəsində H qrupunda Uruqvay və İspaniya milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 04:00-da start götürüb.