BAKI, 27 iyun. TELEQRAF
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.
İlkin məlumata görə, 1987-ci il təvəllüdlü Yusifov Bəhruz Ağarəhim oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan digər minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü, onun 18 yaşlı qızı Yusifova A. və 16 yaşlı oğlu Yusifov A. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.