BAKI, 25 fevral. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasında Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnamə layihəsini dəstəklədiklərini və bunun səhv olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, ölkəsi üçün ən doğru qərarın neytrallıq olduğunu deyib.

“Bu məsələdə neytral mövqe tutmalı idik. Hesab edirəm ki, Serbiyanın səhvə yol verdiyini düşünürəm, ona görə də Serbiya vətəndaşlarından üzr istəyirəm və buna görə məsuliyyəti öz üzərimə götürürəm. Bəlkə yorğunam, bəlkə də çox məşğulam və hər şeyə yetişə bilmirəm”, - Vuçiç qeyd edib.

Xatırladaq ki, bundan əvvəl BMT Baş Assambleyasının sessiyasında Ukraynanın hazırladığı, Rusiya qüvvələrinin dərhal çıxarılması və müharibənin dayandırılmasını tələb edən və Avropa İttifaqı (Aİ) ölkələrinin dəstəklədiyi qətnamə layihəsi səsverməyə çıxarılıb. Qanun layihəsi Baş Assambleyada 93 “bəli” və 18 “xeyr” səsi ilə təsdiqlənib. 65 ölkə səsvermədə bitərəf qalıb. Layihəyə qarşı çıxanlar arasında ABŞ də var.