BAKI, 24 fevral. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi planını təqdim etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” Avropa İttifaqı (Aİ) rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ nəşri yazır ki, Makronun planında təxminən 30 min avropalı hərbçinin Ukraynada yerləşdirilməsini nəzərdə tutur.

“Burada Böyük Britaniya və Fransa aparıcı rol oynayır”, – qəzetə danışan Aİ rəsmisi deyib.

Makrona yaxın mənbə təsdiqləyib ki, Fransa prezidenti Vaşinqtona daha əvvəl digər Avropa liderləri, o cümlədən Britaniya hökuməti ilə müzakirə etdiyi bəzi təkliflərlə gedib.

ABŞ və Fransa prezidentləri arasında görüş bu gün Vaşinqtonda keçiriləcək.