
BAKI, 21 fevral. TELEQRAF
Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lutun avtomobili qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nazirin Aurus markalı xidməti maşını Moskvanın mərkəzində "Mercedes" avtomobili ilə toqquşub.
Hadisə Vozdvijenka küçəsində baş verib.
Oksana Lutun qəza zamanı xəsarət almadığı və işini davam etdirdiyi qeyd edilib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.