BAKI, 21 fevral. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Sergey Lavrovla Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında mümkün görüşü müzakirə etdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, dövlət katibi görüşün Ukraynada müharibəyə son qoyulması prosesində irəliləyişdən asılı olacağını bildirib.

Rubio qeyd edib ki, Səudiyyədə danışıqlar zamanı Lavrov və Rusiya rəsmilərinə görüşün nədən ibarət olacağını bilməyincə bunun baş tutmayacağını söyləyib:

“Adətən bu cür görüşlər hansısa nəticə və ya irəliləyişdən xəbər tutana qədər keçirilmir. Ona görə də, görüşün vaxtı Ukraynada müharibəyə son qoymaqda irəliləyişə nail olub-olmamayacağımızdan çox asılıdır”.

ABŞ-nin baş diplomatı əlavə edib ki, mümkün görüş sövdələşməyə əsaslanan görüş olmalıdır, bu halda o baş tuta bilər.