
BAKI, 20 fevral. TELEQRAF
Avstriyada 14 yaşlı yeniyetmə terror aktı planlaşdırmaqda və “İŞİD” terror qrupuyla əlaqədə şübhəli bilinərək həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Araşdırmalara görə, gənc internetdə terror qrupunun təsirinə məruz qalaraq belə bir addım atmaq istəyib. O, TikTok-da və digər profillərdə ekstremist məzmunlu mətnlər və videolar paylaşıb. Bu səbəbdən polis tərəfindən saxlanılıb.
Gəncin evində ekstremist kitablar, soyuq silahlar, müxtəlif hücum planları və partlayıcı maddələr aşkar edilib.