
BAKI, 20 fevral. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Key Starmer Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında münaqişə fonunda birincini dəstəkləyib.
Teleqraf xəbər verir ki, Key Starmer bu gün Zelenskiyə zəng edərək ona öz dəstəyini ifadə edib.
Starmer Ukrayna prezidenti ilə söhbətində hər kəsin bir-biri ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb. Baş nazir Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəkləyib və döyüşlər zamanı seçkilərin təxirə salınmasını ağlabatan adlandırıb.
Britaniya hökumətinin başçısı ABŞ-nin Ukraynada uzunmüddətli sülhə nail olmaq səylərini də dəstəklədiyini bildirib.