BAKI, 20 fevral. TELEQRAF

Fransa və onun tərəfdaşları Ukraynanı dəstəkləyir. Biz Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyət daşıyırıq.

Teleqraf xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib .

"Mən indicə Avropa İttifaqından, eləcə də Kanada, İslandiya və Norveçdən olan bir neçə həmkarımla söhbət etdim. Fransa və onun tərəfdaşlarının mövqeyi aydın və vahiddir. Biz Ukraynada uzun və davamlı sülh istəyirik. Biz Ukraynanın yanındayıq. Avropada sülhün və təhlükəsizliyin təmin olunmasına görə bütün məsuliyyəti öz üzərimizə götürəcəyik", - o yazıb .

Makron qeyd edib ki, məqsəd Rusiyanın üç ilə yaxındır Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə son qoymaqdır. Onun sözlərinə görə, sülhə nail olmaq üçün aşağıdakı prinsiplər rəhbər tutulacaq:

- Ukrayna hər zaman danışıqlarda iştirak etməlidir və onun hüquqlarına hörmət edilməlidir.
- Sülh davamlı və etibarlı olmalıdır.
- Avropalıların təhlükəsizlik narahatlıqları nəzərə alınmalıdır.

Makron onu da qeyd edib ki, Fransa müdafiə və təhlükəsizlik xərclərini artırmağın zəruriliyinə əmindir.