.jpg)
BAKI, 19 fevral. TELEQRAF
İtaliya hökməti "Alphabet Inc"ə məxsus Amerikanın "Google" şirkətinə qarşı vergidən yayınma ilə bağlı təhqiqata son qoymaq üçün addımlar atacaq.
Teleqraf xəbər verir ki, bu barədə "MarketWatch" hakimiyyətin bəyanatına istinadən məlumat yayıb.
Şirkətə qarşı istintaqı 2015-2019-cu illərdə İtaliyada gəlir vergisinin ödənilməməsinə görə məlumatları araşdıran Milan prokurorluğu aparıb.
"Google" işi həll etmək üçün 326 milyon avro ödəməyə razılaşıb.
Xatırladaq ki, şirkət daha əvvəl vergi fırıldaqçılığı iddiaları ilə bağlı uzun müddətdir davam edən mübahisəni həll etmək üçün Fransa hakimiyyətinə 1 milyard dollardan çox pul ödəmişdi.