
BAKI, 19 fevral. TELEQRAF
Ukrayna təhlükəsizlik zəmanətinin təmin edilməsi şərti ilə müharibənin bu il bitməsini istəyir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Zəmanətlərin nə olduğunu bilirlər. Bunu hamı anlayır, hətta NATO-ya daxil olmayan ölkələr də. Bunu Yaxın Şərqdə də başa düşürlər. Ukrayna elə bir vəziyyətdədir ki, özümüz üçün təhlükəsizlik zəmanətlərinin çox formatına malik deyilik. Biz bu il təhlükəsizlik zəmanəti istəyirik, çünki bu il müharibəni bitirmək istəyirik.
Mən NATO-ya üzvlüyü təklif eləmişdim. Hər dəfə “NATO” deyəndə bu, onların xoşuna gəlmir, hətta bu haqda danışmağımız belə. Amma biz düşündüyümüzü deyirik”, - prezident bildirib.