BAKI, 18 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin vahid səsvermə günündə iştirak edərək doqquzuncu çağırış Dövlət Dumasına keçirilən seçkilərdə onlayn səs verib.
Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edək ki, son bir neçə ildə V. Putin səsvermənin elektron formasından istifadə etməyə üstünlük verir. O, 2024-cü ildə prezident seçkilərində və Moskva Şəhər Dumasına seçkilərdə də onlayn səs verib.