BAKI, 17 sentyabr. TELEQRAF
Türkiyə Qara dənizdə baş verən hücumlarla bağlı memorandum layihəsini Rusiya və Ukraynaya təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə AFP-yə türkiyəli diplomat məlumat verib.
"Qara dənizdə baş verən hücumlara həll yolu tapmaq üçün ruslar və ukraynalılarla memorandum paylaşdıq", - diplomat bildirib.
Sənədin detalları və tərəflərin reaksiyası hələ açıqlanmayıb.