BAKI, 20 sentyabr. TELEQRAF
Estoniya Rusiyada ümumi səfərbərlik elan ediləcəyi təqdirdə sərhəd-keçid məntəqələrini dərhal bağlamaq imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal bildirib.
Baş nazir Rusiyada ümumi səfərbərliyin elan olunacağı təqdirdə Estoniyanın təhlükəsizlik risklərinə qarşı hazırlıq gördüyünü vurğulayıb:
"Hər ay 30 min ilə 40 min arasında rusiyalı hərbçi həlak olur və ya yaralanır. Əgər səfərbərlik Estoniyanın təhlükəsizlik qiymətləndirməsini dəyişərsə, sərhəd dərhal bağlana bilər. Ölkəmiz sərhəd-keçid məntəqələrini çox tez bir zamanda bağlamaq imkanına malikdir".