BAKI, 18 sentyabr. TELEQRAF

Rusiyada parlament seçkiləri başlayıb.

Teleqraf xəbər verir ki, Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə sentyabrın 18-dən 20-dək üç gün davam edəcək.

Parlament seçkilərində ümumilikdə 10 siyasi partiya iştirak edir.

Onların arasında "Vahid Rusiya", "Rusiya Liberal-Demokrat Partiyası", "Birbaşa Demokratiya Partiyası" və "Yaşıllar" var.

Rusiya parlamentində ümumilikdə 450 yer var.