BAKI, 18 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ukraynaya raket və pilotsuz uçuş aparatlarının alınması üçün 3,3 milyard avro kredit ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Ursula fon der Leyen deyib ki, Aİ Ukraynaya dəstək çərçivəsində "Patriot" sistemlərinin maliyyələşdirilməsini də təsdiqləyib.

Avropa Komissiyasının sədri həmçinin Aİ-Ukrayna birgə müdafiə layihələri üzrə yeni proqramın yaradılmasının planlaşdırıldığını qeyd edib.