BAKI, 18 sentyabr. TELEQRAF

“WikiLeaks”in təsisçisi Culian Assanc iki ildən sonra ilk dəfə X sosial şəbəkəsində paylaşım edib.

Teleqraf xəbər verir ki, o, paylaşımında geri qayıtdığını bildirib.

“Mən qayıtdım”, - Assanc yazıb.

Onun X-də bundan əvvəlki paylaşımı 2024-cü il iyunun 28-də, Böyük Britaniya həbsxanasından azad edilməsindən qısa müddət sonra yayımlanmışdı.

Culian Assanc 2019-cu ildən Böyük Britaniyada ciddi rejimli Belmarş həbsxanasında saxlanılırdı. O, Londonda Ekvador səfirliyinin ərazisindən çıxarıldıqdan sonra bu həbsxanaya köçürülmüşdü. Vaşinqton beş ildən artıq müddət ərzində Londonun onu ABŞ-yə ekstradisiya etməsinə çalışsa da, Assancın müdafiə tərəfi bunun qarşısını almaq üçün dəfələrlə cəhd göstərmişdi.

ABŞ prokurorları ilə əldə olunan razılaşma çərçivəsində Assanc məhkəmədə məxfi məlumatları əldə etmək və yaymaq məqsədilə sui-qəsddə təqsirli olduğunu etiraf edib. Avstraliya vətəndaşı bu hüquq pozuntusuna görə Britaniya həbsxanasında artıq çəkdiyi müddətə bərabər həbs cəzasına məhkum edilib. 2024-cü il iyunun 26-da isə ailəsinin yaşadığı Avstraliyaya qayıdıb.