BAKI, 18 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Böyük Britaniyaya assosiativ üzvlük statusu təklif etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi bildirib.
O qeyd edib ki, assosiativ üzvlük təklifi Avropadan kənarda yerləşən tərəfdaş ölkələrə aiddir: "Avropa dövləti Aİ ilə xüsusi tərəfdaşlıq istəyirsə, üzvlük üçün müraciət edə bilər".
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi ilə bağlı işlərə başlanmasını təklif edib.